Teleqüllə aşa bilərmi? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Teleqüllə aşa bilərmi? – AÇIQLAMA

Teleqüllə aşa bilərmi?

Teleqüllənin sürüşməsi, yaxud aşması təhlükəsi yoxdur.

Bunu Oxu.Az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə təhlükəsi olan ərazidə mayaklar quraşdırılıb, nəzarət həyata keçirilir.

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

Xatırladaq ki, Bakı Televiziya Qülləsi 1996-cı ildə inşa olunub. Qüllənin hündürlüyü 310 metrdir. Bu, Azərbaycan ərazisində ən hündür tikili və dünyada hündürlüyünə görə 34-cü televiziya qülləsidir. Kompleks SSRİ Nazirlər Sovetinin qərarına və Azərbaycan SSR Rabitə Nazirliyinin sifarişi əsasında layihələndirilib. Tikinti işləri 1979-cu ildə başlayıb.

Layihə hesablamalarına görə, tikinti işləri 1985-ci ildə tamamlanmalı idi.

Lakin müəyyən səbəblər üzündən tikinti işləri dayandırılıb. Qüllənin tikintisi yenidən 1993-cü il, yəni müstəqillik dövründə başlanıb və 1996-ci ildə kompleksin rəsmi açılışı mərasimi keçirilib. Teleqüllədə 2008-ci ildə yenidənqurma işləri aparılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *