Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə baş verib
Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmə prosesi baş verib.
AzNews.info-nun xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə prosesi hazırda davam edir.
O qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə baş verən ərazi qədim sürüşmə sahəsidir
“Zaman-zaman həmin sahədə sürüşmə prosesi baş verir. Həmin ərazi sürüşməyə meylli ərazidir. Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib. Gələcəkdə də yağışlar yağdıqca və yaxud ərazidə texnika işlədikcə sürüşmə baş verəcək”, - deyə Ə.Qaralov bildirib.
Ə. Qaralov onu da qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.
Mənbə:> APA