“DəmirBank”-a krediti borcu olanlar oxusunlar
Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib.
Əmanətlərin Sığortalanması Fondunun beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fuad Hüseynalıyevin Metbuat.az-a verdiyi məlumata görə, eyni qərarla ləğv prosesində olan “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.
Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “DəmirBank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablar, nağd qaydada isə ləğv prosesində olan “DəmirBank” ASC-nin baş ofisi və filial şəbəkəsi və “DəmirPay” ödəniş terminalları vasitəsilə edə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:
LPO “DəmirBank” ASC, VÖEN 9900001471
Mərkəzi Bank, VÖEN 9900071001
SWIFT.BIK (AZN) NABZAZ2C
SWIFT.BIK (valyuta) NABZAZ2X
Kod 501004
Müxbir hesab AZN AZ74NABZ01451700000000001944
Hesablaşma hesabı AZN AZ78NABZ01350100000000054944
Müxbir hesab EUR AZ97NABZ01452800000000003954
Hesablaşma hesabı EUR AZ89NABZ01350200000000055954
Müxbir hesab USD AZ32NABZ01452800000000007840
Hesablaşma hesabı USD AZ92NABZ01350200000000057840
Müxbir hesab GBP AZ90NABZ01452800000000005826
Hesablaşma hesabı GBP AZ84NABZ01350200000000017826
Banka borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Bakı ş., Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat İdarəsi” filialı.
Mənbə:> Metbuat.az