Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib” – VİDEO

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib”

Türkiyəli akademik Yavuz Örnek Nuh peyğəmbərlə bağlı qəribə iddia ilə çıxış edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Universitetinin Dənizçilik fakültəsinin elmi işçisi olan Y. Örnek rəsmi dövlət telekanalı olan TRT-də canlı yayıma qatılaraq Nuh peyğəmbərin ona inanmayıb gəmiyə minməkdən imtina edən oğlunu yola gətirmək üçün böyük fəlakətdən əvvəl mobil telefonla zəng etdiyini bildirib.

“Nuh peyğəmbərin yaşadığı zamanda günümüzdən daha inkişaf etmiş texnologiya var idi. Mən bir elm adamı kimi bunları sübut edə bilərəm. Nuh peyğəmbərin oğlu ona inanmırdı. Buna görə də gəmiyə minməkdən imtina etmişdi. Nəticədə o, oğlunu yola gətirmək üçün ona mobil telefonla zəng etdi”, - deyə akademik bildirib.

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib”


Örnek həmçinin Nuhun gəmisinin nüvə enerjisi ilə işlədiyini də iddia edib. Onun sözlərinə görə, 10 min il əvvəl Nuh peyğəmbər 400 metrlik dalğaların zərbələrinin qarşısını almaq üçün gəmini poladdan hazırlayıb. O, gəmini işə salmaq üçünsə, nüvə enerjisindən istifadə edib.

Türkiyə alimi: “Nuh peyğəmbər mobil telefonla oğluna zəng edib”


Akademik həmçinin Nuhun oğlunun “naməlum uçan obyekt”i olduğunu da iddia edib: “Nuhun oğlu “uçan obyekt”dən istifadə edirdi. Həzrəti isa 2 min il öncə deyil, 2 min 300 il əvəl doğulub. Nuhun tufanı bütün dünyanı cənginə alıb, bu günədək olan iddiaların əksinə olaraq, fəlakət bir bölgəni əhatə etməyib. Nuh peyğəmbər gəmiyə canlı heyvan mindirməyib, o, canlıların döllərini və yumurtalarını götürüb. Bunları da sifarişlə Fransa və ABŞ-dan alıb. Tufandan sonra isə Nuh quruya çıxmaq üçün göyərçin yox, pilotsuz uçan aparat uçurub. Çünki texnoloji inkişaf varkən, niyə göyərçin yollasın ki?”, -deyə akademik bildirib.

Türkiyənin “Sözcü” qəzetinin yazarı Yılmaz Özdil isə akademikin dediklərini öz köşəsində “vəsf” edib.

Xatırladaq ki, ötən ilin noyabr ayında Azərbaycanda səfərdə olan Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Bakıda “zühur edən” “imam Mehdi” (Kazım Əziz) ilə görüşmüşdü və bu hadisə Türkiyədə böyük narazılığa səbəb olmuşdu.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *