Banklara borcu olan şəxs ölkədən qaçmaq istəyərkən tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Banklara borcu olan şəxs ölkədən qaçmaq istəyərkən tutuldu

Banklara borcu olan şəxs ölkədən qaçmaq istəyərkən tutuldu

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində fəaliyyət davam etdirilir.

DSX-nin Mətbuat Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-ci il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Banklara borcu olan şəxs ölkədən qaçmaq istəyərkən tutuldu
Banklara borcu olan şəxs ölkədən qaçmaq istəyərkən tutuldu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *