Baş prokurorluq Qusar meşələrində silahlının zərərsizləşdirilməsi haqda
Azərbaycan Baş prokurorluğu Qusar meşələrində ötən gün sərhədçilərlə dövlət sərhədini pozmuş şəxs arasında baş vermis atışma, silahlının zərərsizləşdirilməsi barədə məlumat yayıb. Virtualaz.org-a daxil olan məlumatda deyilir:
2017-ci il mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib. Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib. Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır”.
* * *14:38
Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar Rayon Prokurorluğundan virtualaz.org-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda müvafiq araşdırmalar aparılır.
Mənbə:> Virtualaz.org