WhatsApp bu telefonlarda işləməyəcək » AzNews.info -Xəbər portalı

WhatsApp bu telefonlarda işləməyəcək – VİDEO

WhatsApp bu telefonlarda işləməyəcək


"WhatsApp" istifadəçilərinə xəbərimiz var. Bu gündən etibarən bir çox smartfonlar bu sistemi dəstəkləməyəcək. Dünyanın ən böyük mesencer şirkətlərindən biri olan vatsapın son yeniliklərini bir çox smartfonların əməliyyat sistemi dəstəkləmədiyindən sistem bu telefonlarda işləməyəcək.

AzNews.info xezerxeber.az-a istinadən bildirir ki, 1 milyarddan çox istifadəçisi ilə dünyanın ən böyük mesajlaşma şəbəkələrindən biri olan vatsap yeni ildən etibarən bəzi telefonlarda işləməyəcək.
2018-ci ilin yanvarın 1-dən "WhatsApp" " Windows 8.0" eləcə də "BlackBerry OS" və "BlackBerry 10" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə "International Business Times" nəşri məlumat yayıb.

2020-ci ilə qədər isə "Android 2.3.7" sistemi ilə işləyən smartfonlarda da "WhatsApp" dəstəklənməyəcək. Bununla yanaşı adı çəkilən smartfonlarda "WhatsApp"dan qismən istifadə edilmə ehtimalı da var. Lakin bu istifadəçilər üçün məsləhət görülmür.

"WhatsApp"dan imtinanın tədricən həyata keçiriləcəyi gözlənilsə də şirkətin bunu sürətli şəkildə etməsi bir sıra istifadəçiləri çətin vəziyyətdə qoyacaq.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *