Gəlin öz toyunda doğdu – FOTO
Hamilə gəlin toyunda rəqs edən zaman sancılanıb, xəstəxanaya çatdırılaraq orada doğub.
İngiltərədə gəlin toy günü doğub.
İngiltərənin Midlands qraflığında yaşayan 19 yaşlı Dannie Mountford ailə quranda 36 həftə 2 günlük hamilə olub. O, toy günü rəqs edərkən sancılanıb. Ayaqyoluna gedən qadın doğduğunu anlayıb və taksi ilə xəstəxanaya çatdırılıb.
Karlla ailə quran Dannie qızına Jasmin adını verib.
Mənbə:> Milli.Az