Mikayıl Cabbarovdan yeni təyinat
Camal Qasımov Azərbaycan vergilər nazirinin müşaviri təyin olunub.
Bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.
Daha əvvəl C.Qasımov Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində işləyib.
Mənbənin məlumatına görə, nazirlikdə yaxın zamanlarda yeni kadr dəyişiklikləri istisna olunmur.
Mənbə:> Trend