''Lotu Quli''nin adamı bazarları ələ keçirməyə başladı - ''ZAXAR'' LƏQƏBLİ AZƏRBAYCANLI KİMDİR?
Rusiyanın Çelyabinsk vilayətindəki bazarlarına əslən Azərbaycandan olan sahibkar Ziyəddin Vəliyev adlı şəxs nəzarət etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Krimerussia” saytı yayıb.
Saytın iddiasına görə, məhz Vəliyevin icazəsi olmadan bölgədəki bazarlarda meyvə, tərəvəz, yeni il üçün şam ağacları satıla bilməz. Vəliyevin aktivliyi xüsusilə qanuni oğru ''Lotu Quli''nin (Nadir Səlifov) azadlığa çıxmasından sonra başlayıb. Azərbaycanlı sahibkarın tələbi ilə bölgədəki biznesmenlər ona aylıq 10-20 min rubl həcmində ödəniş etməyə məcbur ediliblər.
Zaxar ləqəbi ilə məşhur olan Vəliyev onunla razılaşmayanların obyektlərini qeyri-qanuni ticarət adı altında sökdürməyə başlayıb.
Maraqlı məqam odur ki, Zaxara bölgədə bazarlara nəzarət imkanlarını Çelyabinsk vilayətinin baş nazirinin müavini Maksim Osipenko verib. Osipenko ilə bərabər bölgədəki bir sıra məmurlar da Vəliyevin yanında yer alıblar.
Qeyd edək ki, Rusiya mətbuatı artıq Vəliyevin ''Lotu Quli''nin adamı olduğunu iddia etməyə başlayıb.
Mənbə:> Anaxeber.az