Naxçıvanda yeni dövlət qurumu yaradıldı
Naxçıvan MR-nın Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
"Ölkə.Az" xəbər verir ki, fərmana əsasən “Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq ediləcək.
“Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin strukturu” təsdiq ediləcək.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.
Yeni yaradılan Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə Vüqar Səyyad oğlu Babayev direktor təyin edilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Mənbə:> Ölkə.Az