Azərbaycanlı model Livandan şad xəbərlə dönür – FOTO
Azərbaycanlı gözəl Kristina Zamir Livanın paytaxtı Beyrut şəhərində keçirilən gözəllik yarışmasında "3rd Runner up Miss Humanity Universe 2017” tituluna layiq görülüb.
AzNews.info-nun aldığı xəbərə görə, Livanda keçirilən "Miss Humanity Universe 2017" gözəllik və xeyriyyəçilik müsabiqəsində iştirak üçün dəvət alan modelimiz dəvəti qəbul edərək müsabiqəyə qatılıb. Müsabiqənin maraqlı şərtlərindən biri həm xarici, həm də daxili gözəlliyə önəm verilməsindəndir. Belə ki, hər model öz xeyriyyə layihələrini təqdim etməli idilər. Təşkilatçılar isə müsabiqədən əldə olunmuş qazancı qalib modelin xeyriyyə ideyasının gerçəkləşməsinə yönəltməlidirlər. Azərbaycanda kimsəsiz və evsiz insanlar üçün sığınacağın tikilməsi ideyası ilə müsabiqəyə qatılan gözəlimiz müsabiqədə 3-cü yerə layiq görülərək "3rd Runner up Miss Humanity Universe 2017” tituluna layiq görülüb. Müsabiqənin qalibi livanlı model, 2-ci yerə isə Rusiyanı təmsil edən tatar model Yekaterina Rut layiq görülüb.
Qeyd edək ki, Kristina Zamir bundan öncə "Мисс Азербайджан 2014" gözəllik yarışmasında iştirak edərək "Miss Photomodel Azerbaijan 2014” tituluna layiq görülüb. Bundan əlavə "Miss World Next Top Model 2017” beynəlxalq müsabiqəsində iştirak edən model TOP-20-likdə yer alıb.
"Miss Humanity Universe 2017" müsabiqəsindən görüntüləri təqdim edirik:
Mənbə:> AzNews.info