Azərbaycanda kürəyində cinsi orqan olan körpə doğulub – FOTO
Mia.az xəbər verir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyə şöbəsinin müdiri Gündüz Ağayevin medicina.az-a verdiyi məlumata görə, bir müddət əvvəl dünyaya gəlmiş körpənin kürəyinin ortasında cinsiyyət üzvü olub.
Həkimin sözlərinə görə, özünün normal cinsiyyət üzvü olmasına baxmayaraq, uşağın kürəyində daha bir parazit orqan olub və o, əməliyyatla götürülüb: "Bu orqan əslində əkiz tayın orqanıdır, sadəcə həmin döl inkişaf etmədiyindən, bir orqanı dölə yapışıb qalıb. Əməliyyat zamanı parazit tam çıxarıldı, kürəkdə heç bir birləşmə qalmadı. Uşaq tam normal şəkildə evə yazıldı və yaşıdlarından fərqlənmir”.
Uşağın yaxınları deyir ki, körpə doğularkən həm valideynlər, həm doğuşu qəbul edən həkimlər gördükləri mənzərədən şoka düşüb. Tibdə isə heteropagus adlanan belə patologiyalara ara-sıra rast gəlinir.
Mənbə:> Mia.az