Nigar Camal geyimi və 17 min manatlıq çəkmələri ilə diqqət mərkəzində – VİDEO
Nigar Camalın 17 min manatlıq çəkmələri gündəm yaradıb.
Publika.az xəbər verir ki, müğənni Nigar Camal dünən “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimində iştirak edib. Bu önəmli gecə üçün yerli moda evlərindən birinə qara, qısa don sifariş verən ulduz obrazını 17 min manatlıq çəkmələrlə tamamlayıb.
Nigar Camalın bahalı çəkmələri “Yves Saint Laurent” moda evindən olub.
Xatırladaq ki, bir neçə ay əvvəl türkiyəli müğənni Demet Akalın da eyni model çəkmələri ilə gündəmə gəlmişdi. Çəkmənin bahalı olmasının səbəbi üzərinin svarovski qaşlarla bəzədilməsidir.
Mənbə:> Publika.az