Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq?

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq?

Azərbaycanın Bakcell mobil rabitə operatoru abonent balansından istifadə etməklə ödəmə xidməti servisinin buraxılma imkanını nəzərdən keçirir.

Bu barədə Trend-ə şirkətin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, bu xidmət artıq bir sıra ölkələrdə tətbiq edilir. Şirkətin icraçı direktoru bildirib: "Azərbaycanda belə bir xidmət hələ mövcud deyil. Bu, bir sıra requlyator və hüquqi məsələlərin lazımi şəkildə olmaması ilə şərtlənir. Hazırda biz ideyaların formalaşdırlıması mərhələsindəyik ki, bu layihə Azərbaycanda da həyata keçirilsin".

Daha sonra N.Bekers əlavə edib: "Qeyd edim ki, bizdə artıq mikrofinans layihəsi vardır ki, bunun çərçivəsində böyük olmayan ödəmələri həyata keçirmək mümkündür. Hazırda biz bu məsələnin üzərində işləyirik ki, onu genişləndirməklə təşəbbüsü böyüdək. Yəni hazırda biz layihə mərhələsindəyik, konkret nəticələrdən danışmaq hələ tezdir".

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *