Azərbaycanda turistlər üçün “Şirin noyabr” » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda turistlər üçün “Şirin noyabr”

Azərbaycanda turistlər üçün “Şirin noyabr”

Noyabrın 23-dən İçərişəhərdə qələbəlikdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi “Sweet November” adlı irimiqyaslı yemək festivalı maraqla qarşılanıb, milli və müxtəlif ölkələrin mətbəxi, eləcə də əl işləri sərgisi turistlərin marağına səbəb olub.

Azərbaycanda turistlər üçün “Şirin noyabr”


Virtualaz.org saytı xəbər verir ki, havanın soyuq olması və yağışa baxmayaraq festivala gələnlərin sayı çoxdur. “Daha çox iranlı turistlər maraq göstərir. Amma müxtəlif ölkələrdən gələnlər var. Məsələn, pakistanlı ailə var, iki gündür gəlib burda yeyirlər”, - festival iştirakçısı Nurlanə Məmmədova deyir.

Azərbaycanda turistlər üçün “Şirin noyabr”


Festivalda restoranlar, kafelər, çoxsaylı kulinarlar iştirak edir, gələnlərə müxtəlif şirniyyatlar, işkilər təklif olunur. “İçərişəhər çox xoşuma gəlir. Bura gələndə elə bilirəm nağıllar aləminə düşürəm”, - Təbrizdən gələn Nemət deyir. Onun sözlərinə görə, Azərbaycan mətbəxinə heyrandır. “Doğrusu, Bakıya gələndə ancaq dolma və xəmir xörəkləri yeyirəm. Burada da bir neçə yeməyin dadına baxdım, çox xoşuma gəldi”.

Azərbaycanda turistlər üçün “Şirin noyabr”


Festivalda əl işlərinin sərgisi də keçirilir. Sərgi-satışa bijuteriya, yağlı boya ilə çəkilmiş şəkillər, vitraj boyası ilə işlənmiş qab-qacaq, muncuqdan hazırlanmış bəzək əşyaları çıxarılıb. Əl işlərinə xüsusilə türk, rus, ingilis turistləri maraq göstərirlər. Əksəriyyət muncuqdan hazırlanmış bəzək əşyaları alır.

Azərbaycanda turistlər üçün “Şirin noyabr”


Zarina Məmmədova isə sərgiyə çıxardığı bijuteriyaya maraq göstərənlərin çox olduğunu bildirir. Çünki bijuteriyanın hazırlanmasında qurudulmuş çiçək və meyvələrdən istifadə edir. Həmçinin polimer gildən də bijuteriya hazırlayır. Sərgiyə nar dənələrinə bənzəyən qolbaq, paxlava, qoğal, şəkərbura görünüşlü bəzək əşyaları çıxarılıb.

Azərbaycanda turistlər üçün “Şirin noyabr”


Qeyd edək ki, festival sabah, noyabrın 26-da bitəcək.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Beautifully simple, these understated bracelets will look great with everything.
cheap pandora earrings
cheap pandora beads
charms pandora sale

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *