İnsanlar kömək dalınca Kəmaləddin Heydərovun qəbuluna getdilər
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Zərdab şəhərində Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
APA-nın xəbərinə görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 64, digər məsələlərlə bağlı müraciət etmiş 97 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.
Mənbə:> virtualaz.org