Bakının bu rayonunda qaz olmayacaq
Noyabrın 22-də paytaxtın Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a verilən məlumata görə, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicisinin quraşdırılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti,Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.
Mənbə:> virtualaz.org