Sabah bu ərazilər təbii qazsız qalacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Sabah bu ərazilər təbii qazsız qalacaq – XƏBƏRDARLIQ

Sabah bu ərazilər təbii qazsız qalacaq

Bakı şəhəri Suraxanı və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, Suraxanı rayonu C.Qurbanov küçəsi “Aura” şadlıq sarayının qarşısında diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və qaz tənzimləyicinin mövcud xəttə qoşulması ilə əlaqədar nəzərdə tutulmuş işlər aparılacaq.

Görülən işlər zamanı, saat 09:00-dan 17:00-dək Suraxanı rayonunun Qaraçuxur və Yeni Günəşli qəsəbələrinin, həmçinin Nərimanov rayonu H.Əliyev, Xətai prospekti, Təbriz küçəsi, C.Hacıbəyli, Həsənoğlu, Ə.Əlizadə küçələrində və ətraf ərazilərin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Bununla yanaşı, fevralın 15-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin balansında olan “Otuzikilər”, “Qaracalar”, “Saatlı”, “Axundov”, “İmişli” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində İmişli və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Sabirabad rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *