SOS! “Azadlıq” metrostansiyası çökə bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

SOS! “Azadlıq” metrostansiyası çökə bilər

SOS! “Azadlıq” metrostansiyası çökə bilər

"Azadlıq" metrostansiyasının üzərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binası metrostansiya üçün təhlükə yaradır.

Bəzi sosial şəbəkə istifadəçiləri sözügedən stansiyanın demək olar ki, üzərində tikilmiş Abşeron Kristal MMC-yə məxsus yeni yaşayış kompleksinin metronun çökməsinə səbəb olacağını bildirib. Sosial şəbəkə istifadəçiləri iddia edir ki, bu stansiyanın platformasının sütunsuz olması vəziyyəti daha da təhlükəli edir.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxtda fəaliyyət göstərən bütün stansiyaların üzərində yaşayış binaları yerləşir:"Bakıda fəaliyyət göstərən metrolar hamısı yeraltından keçir. Bütün stansiyaların üzərində də tikililər var. Həmçinin də "Azadlıq” stansiyasının. İndiyə qədər bu stansiyanın ətrafında bir çox şirkətlər tikinti aparıb, həmçinin uzun illərdir yaşayış binaları da var.

Bakı Metropoliteni QSC heç vaxt sərnişinlərin hərəkətinə mane törədə biləcək və ya sərnişinlərin həyatına təhlükə yarada biləcək bir işin aparılmasına icazə verməz. Metronun üstündə tikililərin olması normaldır. Bakı metrosunun 25 stansiyası və 3 xətti var. Onların hər birinin üstündə də tikililər mövcuddur”.

SOS! “Azadlıq” metrostansiyası çökə bilər


"Bakıda fəaliyyət göstərən metrolar hamısı yeraltından keçir. Bütün stansiyaların üzərində də tikililər var. Həmçinin də "Azadlıq” stansiyasının. İndiyə qədər bu stansiyanın ətrafında bir çox şirkətlər tikinti aparıb, həmçinin uzun illərdir yaşayış binaları da var.

Bakı Metropoliteni QSC heç vaxt sərnişinlərin hərəkətinə mane törədə biləcək və ya sərnişinlərin həyatına təhlükə yarada biləcək bir işin aparılmasına icazə verməz. Metronun üstündə tikililərin olması normaldır. Bakı metrosunun 25 stansiyası və 3 xətti var. Onların hər birinin üstündə də tikililər mövcuddur”.

Mənbə: ANN.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 11 noyabr 2017 13:30
  • Yazan: BlackMen
I would like to say that this blog really convinced me to do it! Thanks, very good post. Mobdro

I felt exceptionally glad while perusing this site. قلم نوری وکام

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *