Yeni “Niva” GƏLİR – FOTO
“Avtorevyu” nəşri “Lada 4×4” – daha çox “Niva” adı ilə tanınan yolsuzluq avtomobilinin növbəti nəslinin yaradılması üzərində işlərin gedişi haqqında məlumat yayıb.
AzNews.info AvtoReyd.Az-a istinad'n bildirir ki, daha əvvəl yer alan şayiələr təsdiqlənib. Belə ki, “Niva” “Reno Daster” krossoverinin platformasında yaradılacaq.
“Avtorevyu” eyni zamanda qeyd edir ki, yeni yolsuzluq maşını 1.6 litr həcmli “Nissan HR16”in benzin motoru ilə təchiz ediləcək. Transmissiya ilə bağlı hələ ki müəyyənliklər yoxdur.
İlkin məlumata görə, növbəti nəsilin “Niva”sı ilk dəfə 2021-ci ildə işıq üzü görəcək.
Mənbə:> AvtoReyd.Az