“Niva”nın yaradıcısı ölüb
Rusiyanın məşhur “Niva” markalı avtomobilinin yaradıcısı Pyotr Prusov 76 yaşında vəfat edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə “AvtoVAZ”ın mətbuat xidməti məlumat yayıb.
P.Prusov 1972-ci ildə “Niva” layihəsinin rəhbəri təyin edilib. O, 1998-ci ildən 2003-cü ilə qədər “AvtoVAZ”ın baş mühəndisi olub.
“Niva”nın ilk kütləvi istehsalına 5 aprel 1977-ci ildə başlanılıb. “Niva” dünyanın 110 ölkəsində satılıb, bir zaman avtomobilin 70 faizi ixrac edilib.
Mənbə:> Oxu.Az