“Zəlzələyə hazır olmaq lazımdır”
Türkiyənin Aydın şəhərində “Zəlzələ həftəsi” çərçivəsində bir sıra görüşlər, tədbirlər keçirilib.
ANS PRESS-in məlumatına görə, tədbirlərdə bələdiyyə sədrləri ilə yanaşı Aydın vilayəti Fövqəladə Hallar idarəsi müdiri də iştirak edib.
Tələbələrin də olduğu yığıncaqda zəlzələ baş verən zaman nələrin ediməsindən danışılıb, daha sonra isə həmin hadisə görüntülü şəkildə izah edilib.
Aydın vilayətinin əsas zəlzələ zonasında yerləşdiyini bildirən Aydın vilayəti Fövqəladə Hallar idarəsi müdiri Rəcəb Coşqun tarixdə 9 bal gücündə də zəlzələnin bölgədə baş verdiyini söyləyib: “1955-ci ildə maqnitudası 7 bal olan növbəti güvlü zəlzələ meydana gəlib. Nəzəri olaraq, elm adamları fikirləşir ki, bir yerdə neçə bal gecendə zəlzələ olubsa, gec, ya da tez həmin yerdə eyni böyüklükdə təkanlar ola bilər. Bu səbəblə də 7 bal güücündə ola biləcək zəlzələyə hazır olmalıyıq.”
Mənbə:> ANSPRESS