Vergilər Nazirliyi yağın qiymətinin bahalaşması barədə
Azərbaycan Respublikasının Vergilər Nazirliyi kərə yağının və digər məhsulların qiymətlərindəki son bahalaşmanı şərh edib.
Vergilər nazirinin müavini Sahib Ələkbərov virtualaz.org-a bildirib ki, qurum da son vaxtlar bəzi ərzaq məhsullarının qiymətinin bahalaşmasından narahatlıq keçirir, lakin bu məsələdə nazirliyin heç bir qolu yoxdur.
“Vergilər və aksizlərdə heç bir dəyişiklik baş verməyib, buna görə də, qiymətlərin bahalaşmasının vergilərlə bağlı olduğunu demək düzgün deyil. Digər tərəfdən, qiymətlərin qalxması üçün obyektiv və subyektiv səbəblər var və bunlar müvafiq orqanların diqqət mərkəzindədir” – o deyib.
Mənbə:> virtualaz.org