İrəvanda Azərbaycan məscidində farsların Aşura mərasimi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Video

İrəvanda Azərbaycan məscidində farsların Aşura mərasimi – VİDEO

İrəvanda Azərbaycan məscidində farsların Aşura mərasimi


Məhərrəm ayının 10-cu günü – Aşura mərasimləri tarixi Azərbaycan şəhəri İrəvanda hər il olduğu kimi, bu il də keçirilib.

AzNews.info Teleqraf.com-a istinadən xəbər verir ki, İmam Hüseyn əzadarlığı azərbaycanlılara məxsus olan, 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məsciddə baş tutub.

Qeyd edək ki, farsların Məscid-i Kabud adlandırdıqları Göy məscid Azərbaycan memarlıq nümunələrindən biri olmaqla, İrəvandakı 8 məscid arasında ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi məscidi idi.

Məscid 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən birinə çevrilib. Məsciddə əzadarlıq edənlərin də Ermənistandakı yaşayıb-işləyən İran vətəndaşları olduqları güman edilir.



Mənbə: Teleqraf.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *