ABŞ-dan qalmaqallı məscid qərarı!
ABŞ-ın Florida ştatında bir məscid 2016-cı il seçkiləri üçün məntəqə kimi istifadə ediləcək yerlər siyahısından çıxarılıb.
BBC-nin xəbərinə görə, Boca Raton şəhərindəki seçki işçilərinə "məsciddə səs vermək istəmədiklərini" qeyd edən çoxsaylı şikayət gəlib.
Seçki Məntəqəsi, şikayət və təhdidlərdən sonra, Boca Raton İslam Mərkəzinə göndərdiyi, avqust ayındakı ön seçkilərdə və noyabr ayındakı parlament seçkilərində sandıq qurulması dəvətini geri çəkib.
Məntəqə, məsciddə yaradılacaq sandığı yaxınlardakı bir kitabxanaya daşıyıb.
Mənbə:> Faktor.az