Azərbaycanlı müğənni müflis oldu: Yüz min itirdim – VİDEO
ARB TV-nin “Günə davam” proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.
Oxu.Az-ın xəbərinə görə, müğənni verilişdə uğursuz biznes həyatından danışıb.
“Yüngül biznesim var idi. Hamısı əlimdən getdi. Bəzi problemlər səbəbindən daş karyerini işlədə bilmədik. Yüz min itirdim, müflis oldum”, - o deyib.
Mənzurə Musayevə həmçinin sənət aləmində ona paxıllıq edənlərə də toxunub:
“Reytinqləri qaldırmaq üçün qalmaqal edənlər var. Xalq məni çox sevir. Toylarım olur, deyirlər ki, bu nə edib ki, toyları var. Biz xalq üçün oxuyuruq”.
Mənbə:> Oxu.Az