Diplomu olmayan azərbaycanlı həkim saxlanıldı
Türkiyədə azərbaycanlı saxtakar həkim saxlanılıb.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Van vilayətində yaşayan Mehpurə A. özünü həkim kimi tanıdaraq, xəstələri müayinə edib.
Rayonun səhiyyə idarəsinin əməkdaşları Mehpurənin evində yoxlamalar apararkən, onun diplom və lisenziya olmadan qeyri-sağlam mühitdə xəstələri müayinə etdiyini, resept yazdığını müəyyən ediblər. O, polis tərəfindən saxlanılıb.
Mənbə:> Qafqazinfo.az