Bayramdan sonra yaranan çirkin mənzərə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bayramdan sonra yaranan çirkin mənzərə – VİDEO

Bayramdan sonra yaranan çirkin mənzərə


Ötən gün Azərbaycanda Qurban bayramı qeyd olunub.

AzNews.info ARB TV-yə istinadən xəbər verir ki, bayramla əlaqəli olaraq ət kəsim məntəqələrində bəzən natəmiz mənzərə yaranır. Bu mənzərənin günün sonunda da olduğu kimi qalması insanların yediyi bayram ətinin ləzzətini heçə döndərir.

Təbii ki, bu hal bütün məntəqələrə aid deyil. Addımbaşı rast gəlinən kəsim yerlərində xüsusi nəzarət olunmadığından bu yerlərin təmizliyi sahibkar və qəssabların ümidinə qalır.

“Özümüz yığıb aparırıq gedəndə. Elə şey olar? Axşam gedəndə özüm təmizlərtdirib gedəcəyəm. Mədəniyyətimizi göstərməliyik”, - qəssablardan biri deyib.

Bakı Şəhər Baytarlıq İdarəsinin Müfəttişlik şöbəsinin müdiri Zahid Nəsibli isə bildirib ki, bu ərazilərin təmizliyinin qorunması sahibkarların işidir.

Belə görünür ki, ümid həmin sahibkarlara qalır. İnanırıq ki, əraziyə məsul aidiyyəti orqanlar bayram ətinin ləzzətli qoxusunun küçələrdəki natəmizlik iyinə qarışmasına imkan verməyəcəklər.


Mənbə: ARB TV
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *