Vasif Talıbov oğlunu nazirin qızı ilə evləndirir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Vasif Talıbov oğlunu nazirin qızı ilə evləndirir

Vasif Talıbov oğlunu nazirin qızı ilə evləndirir


Sentyabrın 15-də Bakıdakı "Buta" sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.

AzNews.info xəbər verir ki, bu barədə "AzPolitika" saytı məlumat yayıb.

Yazılanlara görə, V. Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.

Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda, MR Ali Məclisinin üzvüdür.

Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq.

Mənbə: AzPolitika
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *