İŞİD Mia Xəlifəni başını kəsməklə hədələdi
İŞİD terror qruplaşması yaraqlıları Livan əsilli porno aktrisa Mia Xəlifəni başını kəsməklə hədələyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, avqustun 26-da, Daily Mail nəşri məlumat yayıb.
Qeyd edilir ki, terrorçular artıq Photoshop vasitəsi ilə aktrisanı “edam” ediblər və şəkilləri internetlə Xəlifəyə göndəriblər.
Mia özü isə bildirib ki, heç kimdən qorxmur.
Daha çox Mia Kallista ləqəbi ilə tanınan aktrisa Beyrutda xristian ailəsində doğulub, yeddi yaşında isə ailəsi birlikdə ABŞ-a köçüb.
Mənbə:> Oxu.Az