“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı AÇIQLAMA » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı AÇIQLAMA

“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, H. Aslanov küçəsində elektrik naqillərinin şəbəkədən ayrılması üçün “Azərişıq” ASC-nin əraziyə göndərilən işçiləri ilə yerli sakinlər arasında mübahisə yaranıb. Hadisə zamanı bir qrup şəxs quruma məxsus avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

AzNews.info-nun xəbərinə görə, qurumun mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilib.

“Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına-“Qazel” markalı qaldırıcı krana od vurub. Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında “Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil.

“Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq- mühafizə orqanlarına təqdim edib”, - deyə T. Mustafayev vurğulayıb.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *