Beş gün ehtiyatlı olun » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Beş gün ehtiyatlı olun – XƏBƏRDARLIQ

Beş gün ehtiyatlı olun


Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 5 gün ərzində havanın temperaturunun qalxacağı haqda xəbərdarlıq yayıb.

Xəbərdarlıqda bildirilib ki, havanın maksimal temperaturunun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.
AzNews.info qafqazinfo-ya istinadən xəbər verir ki, bu günlərdə yaşlı və uşaqların mümkün qədər gün şüalarının altında qalmamaları tövsiyə olunur. İş və ya hər hansı bir məcburiyyətdən küçəyə çıxmalı olan şəxslər isə gün vurmadan qorunmaq üçün aşağıdakı həkim məsləhətlərinə əməl etməlidir:

Gün vurma günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Odur ki, həkimlər tövsiyə edirlər ki, insanlar başıaçıq şəkildə xeyli müddət gün altında qalmasın. Belə hallarda gün şüalarının təsiri nəticəsində baş beyinə qan axını artır və beyinin qan dövranı pozulur.

Bu kimi havalar ürək xəstəliyi, təzyiqi, ağciyər xəstəlikləri olan şəxslərin səhhəti üçün çox təhlükəlidir.

İsti havalarda nələr edilməməlidir?

- Mümkün qədər 10:00-16:00 aralığında küçəyə çıxmamaq lazımdır. Qalın və tünd rəngli geyimlərin əvəzində bambıq materiallı və açıq tonlarda libaslar seçmək məqsədə uyğun olar.

- Günəş altında ağır iş, idman etmək olmaz.

Beş gün ehtiyatlı olun


- Bu zaman xəstədə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, ürək bulanması və qusma, temperaturun 400C və daha artıq dərəcəyə yüksəlməsi kimi əlamətlər qeyd edilir.

- Yağlı və xəmir xörəklərinin yerinə sulu və tərəvəzli yeməklər yeyilməlidir.

- Mümkün qədər hər saat başı otağın havası dəyişdirilməlidir.

- Qazlı içkilərin yerinə su və təbii meyvə şirələri içmək daha məqsədəuyğundur. Bundan başqa, gün vurmadan qorunmaq üçün bol su içmək lazımdır.

- Tez-tez ümumi müddəti 5 dəqiqədən çox olmayan sərin duş almaq olar. Bu zaman suyun nə çox soyuq, nə də çox isti olmasına diqqət edin.

Beş gün ehtiyatlı olun


Gün vurma zamanı xəstəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır.

İstivurma isə uzun müddət ərzində havası boğanaq olan otaqda qaldıqda, çölə çıxarkən havaya uyğun olmayaraq çox isti geyimdə olan zaman, çimərlikdə voleybol, futbol və s. oyunlar oynadığı zaman baş verir.

İstivurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən birə əzgin olur, onun temperaturu 400 C və daha atıq dərəcəyə yüksəlir.

Çimərlikdə olduğunuz zaman alkoqol içkiləri qəbul etməkdən çəkinin. Alkoqol orqanizmdə istiliyin tənzimi kəskin şəkildə pozduğu üçün bu istivurmaya səbəb ola bilər.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 13 oktyabr 2017 05:41
  • Yazan: iena
Girls wear male watch show hard gas fake rolex personality does not rolex replica watches matter, but, taking into account a lot of omega replica watches straight male cancer worrying aesthetic, we must pay attention to fake rolex watches the watch value. Even to wear male watch, design and value of the value must also say so much, Rolex pioneer series 116613-LN-97203 black plate, the reference price of 100,500 yuan. Rolex male watch a lot of women like to grab over to wear, once someone ridicule to buy a good Rolex, buy Rolex family can wear.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *