Erməni mahnısı ifa edən Aytac: Xoşuma gəldi, oxudum » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Video

Erməni mahnısı ifa edən Aytac: Xoşuma gəldi, oxudum – VİDEO

Erməni mahnısı ifa edən Aytac: Xoşuma gəldi, oxudum


Müğənni Aytac Vidadiqızı erməni mahnısı ifa etməsinə aydınlıq gətirib.

AzNews.info Yenicag.az-a istinadla xəbər verir ki, o, özünə haqq qazandırıb.

“Mən bu mahnını dörd il əvvəl oxumuşam. Başa düşmürəm ki, indi niyə müzakirə olunur? Bu söhbəti ortaya atanlar məni istəməyənlərdir. Özü də bu mahnını məndən başqa oxuyan müğənnilər də var. Heç onların adını çəkən yoxdur, amma mənim adım hallanır. Elton Hüseynəliyev də bu mahnını oxuyub. Qaldı ki, mahnının erməni musiqisi olmasına... Elə deyirlər, amma bu, məni maraqlandırmır. Ermənilər bizim mahnılarımızı oğurlayıb öz adlarına çıxırlar. Mən də bu mahnını elə öz mahnımız kimi oxumuşam. Xoşuma gəldi, sözlərini dəyişib oxudum. Bütün ladlar bizə məxsusdur”.

Qeyd edək ki, Aytacın repertuarına daxil etdiyi “Balam” adlı mahnının erməni musiqisinin plagiatı olduğu bildirilir. Mahnının orijinal versiyası 4 il bundan əvvəl erməni müğənni Vaçe Amaryan tərəfindən səsləndirilib.




Mənbə: Yenicag.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *