Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü – VİDEO
Bakıda keçirilən “Jara-2017” Beynəlxalq Musiqi Festivalının 3-cü günündə Dima Bilan tamaşaçıları təəccübləndirib.
AzNews.info virtualaz.org-a istinadən xəbər verir ki, Alla Puqaçovanın məşhur “Ne otrekayutsya lyubya” mahnısını ifa edən müğənni nömrənin sonunda hovuza düşüb. Sosial şəbəkələrdə tamaşaçılar Bilanın çıxışını “Jara-2017”nin ən yaxşı nömrəsi adlandırıblar.
Qeyd edək ki, festivalda 3-cü gün Alla Puqaçovaya həsr olunub. Konsertin birinci hissəsində Rusiya estradasının ulduzları onun mahnılarını ifa ediblər. İkinci hissədə isə Primadonna özü səhnəyə çıxıb.
Mənbə:> Virtualaz.org