Rəşid Mahmudov: Savadlı, düzgün yol göstərən həkimlər Allahla insanlar arasında bir vasitəçidir
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin dünən Bakıda Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb. Nazirin çıxışında həkimlərlə pasiyentlər arasında qarşılıqlı səmimiyyət və güvən hissinin vacibliyini vurğulaması müzakirə mövzusu olub.
O.Şirəliyevin bu sözləri 9 yaşlı Mehralıyev Seymur Qoşqar oğlunun Ağdaş Mərkəzi Rayon Xəstəxanasında “narkoz”dan dünyasını dəyişməsi xəbərləri ilə eyni günə təsadüf etdiyindən əks effekt verib.
Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Rəşid Mahmudov Oxu.Az-a açıqlamasında savadsız həkimlərin səhiyyənin üz qarası olduğunu dedi: “Yazıq xəstə savadsız həkimə necə inansın? Savadsız həkimə inanmamaq lazımdır! Amma savadlı, düzgün yol göstərən həkimlər Allahla insanlar arasında bir vasitəçidir”.
Mənbə:> Oxu.Az