Smartfonlar üçün yeni təhlükə – “Görünməz proqram” » AzNews.info -Xəbər portalı

Smartfonlar üçün yeni təhlükə – “Görünməz proqram”

Smartfonlar üçün yeni təhlükə – “Görünməz proqram”


Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər. Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.

AzNews.info ICTnews-a istinadən xəbər verir ki, virus smartfona düşdükdən sonra zərərverici proqram qurbanın kontaktlarına zərər vurmağa davam edir. Həmçinin istifadəçinin balansını öyrənərək pulu cinayətkarlara göndərir. Bundan başqa, sözügedən proqram istifadəçiyə bank proqramlarının saxta səhifəsini göstərərək onu öz kartının məlumatlarını daxil etməyə məcbur edir və bundan sonra pul hesabdan silinir.

“Bu təhlükə “Android” mobil əməliyyat sisteminin istifadəçilərinə hədəflənib. Maraqlıdır ki, qurbanların telefonunda qurulmuş antiviruslar sözügedən mobil tətbiqi zərərverici kimi qeydə almayıb. Bu vəziyyətdə antiviruslar kömək etmir” – “Group-IB” şirkətində zərərverici kodun dinamik təhlili bölməsinin direktoru Rüstəm Mirqasımov deyib.

Mənbə: ICTnews
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *