Bakıda üç körpə çölə atıldı
İyulun 1-də Bakıda 3 uşaq yol kənarına atılıb.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli sosial mediada yazıb.
Onun sözlərinə görə, uşaqlar nənələri tərəfindən atılıb: “İnsan nə qədər mənəviyyatını ehtirasına qurban verə bilər ki, 3 körpə uşağı ata, kiməsə qoşula gedə??? Bu azmış kimi getdiyi “kişinin” şəklini də uşaqların əlindəki çantaya qoya. Təşəkkür ediləsi işmiş kimi.
Bu gün 01.07.2017-ci il tarixdə 3 uşaq nənələri tərəfindən baxımsız və kimsəsiz şəkildə yol kənarına atılıb. Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilən 3 körpənin hüquqi və psixoloji reabilitasiyası rəsmi aktla bizə verildi. Uşaqlar bu gündən qida, tibbi müayinə, yaşayış yeri və geyimlə təmin ediləcək. Həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək”.
Mənbə:> Oxu.Az