Azərbaycan Qran-Prisinin vaxtı dəyişdi
FİA-nın (Beynəlxalq Avtomobil Federasiyası) Dünya Şurası Formula-1-in növbəti mövsümünün təqvimini təsdiqləyib. Bu, promouterlərin reklam kampaniyasına daha tez başlaması üçün əlverişlidir.
Oxu.Az bu barədə f1news.ru-ya istinadən xəbər verir.
Gələn ilin təqviminə bu illə müqayisədə maraqlı dəyişikliklər edilib. 2017-ci ildə olduğu kimi, mövsüm mart ayının dördüncü həftəsində start götürür. İlk üç mərhələ eyni tarixlərdə, dördüncü mərhələ isə Rusiyanın Soçidə keçiriləcək Qran-Prisi deyil, 2018-ci ilin 27-29 aprel tarixlərində baş tutacaq Azərbaycan Qran-Prisi olacaq.
Təqvimə qayıtmış Fransa Qran-Prisi Kanada və Avstriya mərhələləri arasında keçiriləcək. Soçidə Formula-1 yarışları sentyabrın 30-da keçiriləcək, yarışların tarixinin dəyişdirilməsi futbol üzrə dünya çempionatına hazırlıqlarla bağlıdır.
Təqvimin 21-ci mərhələsində Malayziya yarışı olmayacaq, amma Almaniya və Almaniya Qran-Prisi keçiriləcək. Üç: Fransa, Avstriya və Silverstoun yay mərhələləri üç həftə ərzində ardıcıl keçiriləcək.
Mənbə:> Oxu.Az