Vahid Mustafayevin motosiklet karvanı cərimə meydançasına belə aparıldı – VİDEO
Ötən həftənin bazar günü Bakının Xətai rayonu Nobel prospektində yol polis tərəfindən saxlanılan ANS TV-nin prezidenti Vahid Mustafayevin rəhbərlik etdiyi motosiklet karvanının cərimə meydançasına aparılmasının videosu yayılıb.
Lent.az xəbər verir ki, motosikletlərin Nizami cərimə meydançasına aparılmasının və yerləşdirilməsinin görüntülərini əks etdirən video "Youtube”də yerləşdirilib.
Qeyd edək ki, həmin gün V.Mustafayevin motosiklet karvanı motosiklet qəzasında dünyasını dəyişən vəkil Toğrul Mirzəzadənin yas mərasiminə gedirmiş. Yol polisi onların hamısını saxlayaraq motosikletləri cərimə meydançasına aparıb. Motobaykerlər isə ictimai nəqliyyatla yas mərasiminə getməli olub.
Mənbə:> Lent.az