Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Avto, Foto

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı – FOTO

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı


Ukraynanın Odessa şəhərində iyulun 6-na keçən gecə azərbaycanlıya məxsus qızılı rəngdə “Galendewagen” markalı avtomobili düzgün park edilmədiyinə görə evakuatorla cərimə meydançasına aparılıb.

Bu barədə AzNews.info Virtualaz.org nəşrinə istinadən xəbər verir.

048.ua portalının yazdığına görə Azərbaycandan gələn qonaqlar avtomobili Odessanın Arkadii prospektində düzgün park etməyiblər. Ətrafdakılar ərəb şeyxlərinin maşınlarını xatırladan qızılı “Galendewagen”in evakuatora qaldırılmasını həvəslə lentə alıblar.

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı


Sosial şəbəkələrdə avtomobilin cərimə meydançasına salınması barədə qərar verən polisin adı da açıqlanıb.

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı


“Bu, yol patrul polisi Vladdır. O, “Qalik”i avtobus dayanacağında park edildiyi üçün evakuatorla cərimə meydançasına göndərdi. Bundan sonra mən dəyişikliklərə inandım. Ümid edirəm ki, sabah Vladı işdən çıxarmayacaqlar” - Twitter istifadəçilərindən biri avtomobilin fotolarını paylaşaraq yazıb.

Azərbaycanlının qızılı “Galendewagen”i cərimə meydançasına aparıldı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *