Aqil Acalov: ”Ölkədə müasir standartlara cavab verən məktəb və bağçalar istifadəyə verilib”
Ölkədə uşaqların inkişafı üçün hər çür imkan və şərait yaradılıb.
Bunu AzNews.info-ya Alpaqut Federasiyasının prezidenti Aqil Acalov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününü ilə bağlı fikirlərini şərh edəkən qeyd etdi.
“Dövlətimiz uşaqların inkişafı üçün xüsusi proqram qəbul edib. Bir sıra qanunlar qəbul olunub. Həmçinin, beynəlxalq konvensiyalara qoşulub. Aparılan siyasət nəticəsində yüzlərlə müasir standartlara cavab verən məktəb,bağçalar istifadəyə verilib. Üstəlik, sağlımlığı məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin açılması dövlətimizin uşaqlarımıza olan qayğısının nəticəsi hesab edilməlidir”.
A.Acalov bu gün uşaqların əqli inkişafı ilə yanaşı, fiziki inkişafları üçün idman komplekslərinin açıldığını vurğuladı.
“Bunlar ölkədə sağlam nəsilin yetişməsi üçün yaradılan şəratin bariz nümanəsidir. Uşaqlarımızın sağlam mühitdə formalaşması üçün stimul rolunu oynayır”.
Mənbə:> AzNews.info