Bakıda avtoritet Yaşka Bakinski qətlə yetirilib
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1952-ci il təvəllüdlü kriminal aləmdə “Yaşka Bakinski” kimi tanınan Baləhmədov Baləhməd Əliməmməd oğlu qətlə yetirilib.
AzNews.info xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayon prokurorluğunda bildirilib.
Qətl ilə əlaqədar yerli sakin, daha öncə məhkum edilmiş 1976-cı il təvəllüdlü Ağayev Elxan Şıxbaba oğlu saxlanılıb.
İstintaq zamanı qətlə bir müddət öncə baş vermiş mübahisənin səbəb olduğu üzə çıxıb. Ağayev Baləhmədovun kriminal aləmdə nüfuzunu heçə sayıb. Bu isə Baləhmədovun xoşuna gəlməyib və o Ağayevə bıçaqla zərbə vurub.
Ağayev Bakinskidən intiqam almaq fikrinə düşür, bu planını mayın 22-də həyata keçirir. Məlumata görə, qətl zamanı Baləhmədovdan başqa evdə həm də onun ailə üzvləri olub.
Rusiya KİV-i onu ölü hesab edir, əslində isə o sağ idi və mayın 22-də öldürülüb. Hüquq mühafizə orqanlarında qeyd ediblər ki, öldürülən şəxsin iki səkkizguşəli çiyinlərində və iki ulduz dizlərində aşkar edilib.
Mənbə:> Sputnik Azərbaycan