Bakıda yağışdan sonra yolları su basıb, sürət aşağı salınıb – FOTO
Mayın 15-i axşam saatlarından başlayaraq Bakıya güclü yağış yağıb.
AzNews.info APA-ya istinadən xəbər verir ki, yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Yağış bir neçə saat davam etsə də, yollarda problem yaranmayıb. Yalnız Ziya Bünyadov prospektinin bəzi yerlərində gölməçələr əmələ gəlib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Xəbərdarlıqda bildirilirdi ki, mayın 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Mənbə:> APA