14 yaşlı biznesmen oğlunun öldürdüyü qadının meyiti ortada qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

14 yaşlı biznesmen oğlunun öldürdüyü qadının meyiti ortada qalıb

14 yaşlı biznesmen oğlunun öldürdüyü qadının meyiti ortada qalıb


Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar.

AzNews.info xəbər verir ki, bu sözləri criminal.az saytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun “Porcshe”' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Xalanın sözlərinə görə, Xəyalə Gürcüstanda yaşayırdı, Bakıya uşaqlarını görməyə gəlibmiş:
“Uşaqları balacadır, bağça yaşlarında olan iki qızı var. Ərindən boşanmasa da, ayrı yaşayırdılar. Uşaqlar isə ataları ilə qalırdı. Özü isə gözəllik salonunda süpürgəçi işləyirdi. Hadisə baş verən gün "Razin"də gözəllik salonundan çıxan zaman maşın vurub. Maşın elə sürətlə hərəkətdə olarkən vurub ki, zərbənin təsirindən Xəyaləni yoldan kənara atıb. Başından aldığı zərbədən yerindəcə keçinib”'.

Yeganə xanım hadisə ilə bağlı sürücüdən şikayətçi olmadıqlarını bildirdi: “Sürücünü polis saxlayıb, amma bizə deyiblər yaşı azdır. Xəyalənin ailəsi şikayətçi olmayıb. Deyirlər ki, ölümüzü götürsünlər, yerdə qalıb. İmkanımız yoxdu dəfn etməyə. Bu gün aparacağıq Gürcüstana. Sərhəd keçməliyik”'.

Mənbə: Criminal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *