14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal, Foto

14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı – FOTO (YENİLƏNİB)

14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı


Millət vəkili Qənirə Paşayeva Bakıda yetkinlik yaşına çatmayan oğlanın lüks avtomobillə 2 uşaq anası olan gənc qadını vurub öldürməsi hadisəsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, deputat sosial şəbəkə vasitəsi ilə bu hadisənin onda hiddət yaratdığını bildirib:

“Bir az öncə çox bahalı avtovobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair. Həmin fotolardan baxan uşaqğın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə ata-analar öz övladlarını necə bədbəxt edirlər deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 24 yaşlı gənc ananın ölümündə günahkar 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazanıb ala bilməyəcəyi qiymətə maşın alıb məktəbə göndərən atadır. Bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə ilk suçlu yaşı çatmayan və deməli, sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir (bu uşağın sənədsiz şəkildə şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək).

Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki milləti düşünmürsünüzsə, heç olmasa övladınızı, onun gələcəyini düşünün. Bir uşaq özünün əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşınla pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza, onların tərbiyəsinə... Sonra da əziyyətini sizdən çox, başqaları çəkir. Buna haqqınız yoxdur. Qudurğan pozalar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksi nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcək. Amma bu cinayət cəzasız qala bilməz ve qalmamalıdır. Zəngin insanlar bu hadisəyə, insanların haqlı hiddətinə, qəzəbinə, etirazına diqqətlə yanaşmalı və dərs almalıdırlar. Müvafiq qurumlar da ciddi tədbirlər görməlidirlər. Qanunlar qarşısında hamı eyni olmalıdır. Porşe avtomobili də, onun sahibi də, qanun və qaydalardan üstün deyil, olmamalıdır.

P.S. Yetər! Hər kəs pulu özü üçün qazanır və ondan başqalarını əzmək üçün istifadə etməyə heç kəsin haqqı yoxdur”.

Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcli idarə etdiyi “Porsche Cayenne Magnum” markalı lüks avtomobil ilə Bakıxanov qəsəbəsində 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürüb.

14:26

Mayın 3-də qanunsuz olaraq idarə etdiyi “Porsche” markalı avtomobillə 24 yaşlı qadını vuraraq öldürən biznesmen oğlu, 14 yaşlı Ağaəli Fərəcovun dəbdəbəli və içki məclislərində keçən həyatından yeni faktlar ortaya çıxıb.

AzNews.info-nun qafqazinfo-ya istinadən verdiyi məlumata görə, A.Fərəcov uzun müddətdir davam etdirdiyi bu “fəaliyyəti”ndə “avtoş”luq, qəlyan çəkmək və spirtli içkilər qəbul etmək əsas yer tutub.

Qeyd edək ki, Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb. Vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Yeniyetmənin gecə həyatından çəkdiyi fotoları təqdim edirik:

14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı
14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı
14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı
14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı
14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı
14 yaşlı biznesmen oğlunun eyş-işrətli gecə həyatı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *