Evdən oğurluq edib Bakıya gələn qıza təcavüz olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Evdən oğurluq edib Bakıya gələn qıza təcavüz olundu – TƏFƏRRÜAT

Evdən oğurluq edib Bakıya gələn qıza təcavüz olundu

Dələduzluq və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Şahin Quliyev 23 noyabr 2015-ci il tarixdə 2000-ci il təvəllüdlü Vəfa Əliyevaya (ad və soyad şərti verilib – H. Z.) ailə quracağı barədə yalan vədlər verərək, etibarını qazanıb.

Bu etibardan istifadə edən Şahin Quliyev Vəfaya özünə və ailəsinə məxsus qızıl-zinət əşyalarını götürüb, Bakı şəhərində birgə kirayişin yaşamağı təklif edib.

Vəfa Şahinin vədlərinə inanıb. O, yaşadığı Quba şəhəri, Ə.Nərimanov küçəsindəki evdən nənəsi Tükəzbanın (ad və soyad şərti verilib –red.) bağışladığı ümumilikdə dəyəri 6000 manat olan “Kardinal” markalı qızıl boyunbağını və qolbağını, 1 ədəd “Tross” formalı boyunbağını, 1 ədəd kəpənək formalı nişan üzüyünü, 1 ədəd nazik boyunbağını, 1 ədəd yaşıl qaşları olan qızıl üzüyünü, 1 cüt qızıl sırğanı və 2 ədəd gümüşdən olan komplektləri götürüb.

Qızılları götürən Vəfa Şahinlə birgə Bakı şəhərinə gəlib. Ş.Quliyev metronun “Neftçilər” stansiyasının qarşısında V. Əliyevanın özü ilə gətirdiyi zinət əşyaları ələ keçirib və elə Nizami rayonu, Q.Qarayev prospekti 15/29 ünvanında yerləşən qızıl qəbulu mağazasında Firudin İbrahimova 1646 manata satıb.

Daha sonra Ş.Quliyev V.Əliyeva ilə Xətai rayonu, Babək prospekti şərq qurtaracağı 106 “D” ünvanında yerləşən “Günəş” hotelinə gəliblər. Şahin Quliyev hoteldə Vəfa Əliyeva ilə cinsi əlaqədə olub. Ona qarşı seksual xarakterli hərəkətlər edib. Sonra isə qızı hoteldə qoyub və oranı tərk edib. Yetkinlik yaşına çatmayan qız valideynlərinə məlumat verib və Bakı şəhərinə evlənmək məqsədi ilə gəldiyini, burada hoteldə təcavüzə məruz qaldığını deyib.

Qızın valideynləri hüquq-mühafizə orqanlarına məlumat veriblər. Keçirilən əməliyyat nəticəsində cinayəti törədən Şahin Quliyev həbs edilib.

O, Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

Xətai rayon Məhkəməsinin hökmü ilə Şahin Quliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahin Quliyev apelyasiya şikayəti verib.

Şahin Quliyev şikayətində bildirib ki, Vəfa Əliyeva ilə məcbur cinsi əlaqədə olmayıb. Ona qarşı dələduzluq da etmədiyini deyən Şahin Quliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin hökmdən narazı qalan zərərçəkmişin qanuni nümayəndəsi də apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, tərəflərin apelyasiya şikayətləri təmin edilməyib və Xətai rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *