Azərbaycanlı aktrisa 2 aylıq körpəsinin ölümündən bəhs etdi » AzNews.info -Xəbər portalı

Azərbaycanlı aktrisa 2 aylıq körpəsinin ölümündən bəhs etdi

Azərbaycanlı aktrisa 2 aylıq körpəsinin ölümündən bəhs etdi


“İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb”.

AzNews.info-nun məlumatına görə, bunu Ailem.az-a açıqlamasında azərbaycanlı aktrisa Türkan Əliyeva deyib.

Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib.

O, övladının ölümündə həkimləri günahlandırır:

“Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa “malış” verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı. Uşağı “OMD” xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub, qonaqları qarşılamağa gediblər. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb”.

Aktrisa deyir ki, hadisə aprelin 12-də baş verib. Bakıda olmadığı üçün körpənin öldüyünü ailə üzvləri ona dərhal deməyib. T.Əliyeva uşaq doğulan zaman və sonra heç bir problemi olmadığını iddia edir:

“Uşaq xəstələnəndə mən yoldaşımla Bakıda deyildim. Çox təəssüf edirəm ki, nə mən, nə atası yanında olmamışıq. Mənə dedilər ki, uşağın vəziyyəti ağırdır. Gəldim gördüm ki, evdə ağ kəfənə büküblər. Öldüyü gündən bir gün sonra gəlib çatdım. 2 ay yarımlıq sağlam uşaq idi. Uşağa ölüm kağızında yazıblar ki, guya nə qədər xəstəliyi vardı. Halbuki doğulanda heç bir xəstəliyi olmayıb.

Bir neçə dəfə müayinədən keçirmişdik, çox sağlam idi. Doğulduğu xəstəxananın da həkimi onun sağlam olduğunu təsdiqləyə bilər. “OMD”-də Solmaz, Aygün və Rəna adlı 2-3 həkim uşağa baxırmış. Ölüm kağızını da Rəna həkim yazıb. Mən uşağın ölümünə səbəb olan həkimlərdən şikayət etmək istədim. Lakin körpənin meyitinin yarılması məsələsinə görə dayandım. İstəmirəm uşağı yarsınlar. Amma uşağın ölümünə həkimlərin diqqətsizliyinin səbəb olduğunu düşünürəm”.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Nəsib Quliyev aktrisanın iddialarının əsassız olduğunu deyib:

“Xanımın iddialarının heç bir əsası yoxdur. Burada həkim diqqətsizliyindən söhbət gedə bilməz. Uşaq nəinki sağlam olmayıb, xəstəxanaya triaqoniya vəziyyətində gəlib. Yəni kəskin ürək-tənəffüs çatışmazlığı, hipotermiya, anemiya diaqnozundan canvermə, ölü vəziyyətində xəstəxanaya daxil olub. Uşaq doğulandan ona un qovurub veriblər, qida verməyiblər. Uşağın vəziyyəti ölümcül həddə çatanda xəstəxanaya gətiriblər. Reanimasiyaya daxil olub, 18 saat bütün tədbirlər aparılıb. Aparılan yardımlara baxmayaraq, tələf olub”.

T.Əliyeva ikinci övladını vətəndaş nikahında yaşadığı ikinci həyat yoldaşından dünyaya gətirib. Aktrisa ikinci həyat yoldaşı ilə nikaha girməməsinin səbəbini də açıqlayıb:

“İki il olar ki, ikinci dəfə ailə qurdum. Böyük oğlum Amin hələ balaca idi. Bu həyat yoldaşım mənim sahəmin adamı deyil. Onun haqqında məlumat vermək istəmirəm. Çünki elə işlə məşğuldur ki, məlumat verilməsini istəmir. Azərbaycanlıdır, Bakıda yaşayır. İkimizin də qeydiyyatla bağlı problemimiz olduğu üçün nikaha girə bilmirik”.

Xatırladaq ki, Türkan Əliyeva “ATV”-də yayımlanan “Qız yükü” serialında rol aldığı yataq səhnəsi ilə tanınmışdı.

Sonradan isə aktrisa nikahdankənar övlad dünyaya gətirməsi ilə söz-söhbətə səbəb olmuşdu. O, uşağının atasının tanınmış müğənni olduğunu və adını açıqlayacağını desə də, sonradan bu fikrindən daşınmışdı. T.Əliyeva hazırda böyük oğlu Aminin atası ilə heç bir əlaqəsi olmadığını bildirib:

“Aminin atası ilə əlaqəmin olmağı məsləhət deyil. Oğlu ilə maraqlandı, lakin özüm əlaqəni kəsdim. Onun ailəsində bilirdilər, hər şey yaxşı idi, bəzi problemlərə görə onunla münasibətimiz alınmadı. Sadəcə, axırda elə məsələlər ortaya çıxdı ki, ona görə də oğlumuzla görüşməsinə icazə vermirəm. Onunla nikahımız yox idi, oğlum öz soyadımdadır”.

Mənbə: Ailem.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *