Şimali Koreyada “göydələnlər küçəsi”nin açılışı olub – VİDEO
Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində Ryomyon (“Üfüq”) küçəsinin açılışı olub.
AzNews.info-nun TASS agentliyinə istinadən məlumatına görə, açılış mərasimində ölkə lideri Kim Çen In da iştirak edib.
Ümumilikdə 40-dan çox yaşayış binası inşa edilib. Küçənin bəzəyi isə sürətli liftlə təchiz edilən 70 mərtəbəli tikili olub.
Bildirilir ki, çoxmərtəbəli yaşayış binaları alim və müəllimlər üçün nəzərdə tutulub.
Mərasim Koreya Xalq Demokratik Respublikasının qurucusu Kim İr Senin 105 illik yubileyinə həsr olunub.
Mənbə:> TASS