Azərbaycanda bəzi ərazilərdə dolu düşəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azərbaycanda bəzi ərazilərdə dolu düşəcək

Azərbaycanda bəzi ərazilərdə dolu düşəcək

Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir zəif duman, gecə və axşam isə yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 7-10° isti, gündüz 14-19°, yarımadanın bəzi yerlərində 22-24° isti, Bakıda gecə 8-10° isti, gündüz 19-21° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 751 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.

Gecə və səhər, əsasən qərb rayonlarında, gündüz isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Aprelin 14-dən 16-dək əsasən şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *